Ayaz Quliyev: Futbol üçün çox darıxmışdım

29.11.2024

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Futbol üçün çox darıxmışdım.

"Report" xəbər verir ki, bunu "Sabah"ın futbolçusu Ayaz Quliyev deyib.

Yarımmüdafiəçi Misli Premyer Liqasının XV turunda "Səbail"ə qarşı keçirdikləri oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

"İlin sonunda olsa da, nəhayət ki, yaşıl meydanlara qayıtdım. Həqiqətən çox sevincliyəm. Çətin dövrdən sonra nəhayət ki, qələbə qazana bildik" - deyə o bildirib.

Qeyd edək ki, XV turun görüşündə "Sabah" "Bank Respublika Arena"da "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью