AYB də kitab müsabiqəsində iştirak edəcək

03.07.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Milli Kitab Mükafatı" şəxsi layihə idi. Hazırda niyə davam etmədikləri ilə bağlı heç nə deyə bilmərəm. İstəsələr, davam edə bilərlər.

Bunu “Yeni Sabah”a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza deyib.

Onun sözlərinə görə, hazırda Mədəniyyət Nazirliyinin kitab layihəsi ilə bağlı işlər davam etdirilir: Pepperoni pizza

“Lakin bundan başqa Mədəniyyət Nazirliyinin kitab mükafatı ilə bağlı layihəsi var. Müzakirə prosesində AYB də iştirak edib. Lakin layihə hələlik təsdiqlənməyib. Təsdiq olunduqdan sonra AYB də öz namizədlərini irəli sürəcək.

Düşünürəm ki, bu ildən işlərə start veriləcək. Qaliblərə isə böyük məbləğdə pul mükafatı təqdim olunacaq”.  

“Milli Kitab Mükafatı”nın təsisçisi “Əli və Nino” kitab mağazaları şəbəkəsinin yaradıcısı Nigar Köçərlidir. Mükafat sonuncu dəfə 2013-cü ildə təqdim olunub.

N.Köçərli hazırda müsabiqənin keçirilməsi üçün sponsorların olmadığını əsas gətirib:

“İndi də “Milli Kitab Mükafatı”nı davam etdirmək istəyirəm. Amma istəyirəm ki, müəlliflər yaxşı pul qazansınlar. Ən azından birinci yer üçün ciddi mükafat olsun, heç olmasa 20 min manat. Pul vacibdir. Hər şey müəyyən mənada maliyyə ilə bağlıdır. Amma təəssüf ki, ədəbi layihələr üçün sponsor tapmaq hələ də çətindir”.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью