AYB dən qovulan 30 nəfər kimlərdi? AÇIQLAMA

03.02.2026

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

1 fevral tarixindən 30 nəfərə yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib.

2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin AYB-dən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq olub. Xəbərdarlığa məhəl qoymanalar barədə sərt addım atılıb.
Bəs AYB sıralarından xaric olunan həmin 30 nəfər kimdir? 
Modern.az saytı bu sualla AYB-nin Mətbuat xidmətinə müraciət edib.
Qurumun mətbuat katibi Xəyal Rza saytımıza bildirib ki, həmin 30 nəfərin adını ictimiayyətə açıqlamağı düşünmürlər. 

“AYB-nin sədri Anar hesab edir ki, qurumdan çıxarılan şəxslərin adlarını ictimaiyyətin bilməsinə ehtiyac yoxdur”, deyə Xəyal Rza əlavə edib.

Qeyd edək ki, AYB üzvlüyündən kənarlaşdırılma davam etdiriləcək, növbəti mərhələ gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью