AYB siyahı hazırlayıb: Gələn iclasda...

29.10.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) üzvlük haqqını ödəməyən şəxslərin təşkilatdan xaric edilməsi ilə bağlı qərar qəbul edib.

Birlik üzvlərə əvvəlki illər üzrə üzvlük haqqı borclarını ödəmək və 2026-cı il üçün üzvlük haqqını noyabrın 1-dək vermək üçün vaxt müəyyənləşdirib.

Müddət artıq başa çatır. Bəs indiyədək üzvlükdən xaric edilən olubmu?

AYB-nin mətbuat katibi Xəyal Rza “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, hələlik heç kim birlikdən xaric edilməyib.

Onun sözlərinə görə, məsələ növbəti katiblik iclasında müzakirə olunacaq:

“Katibliyin növbəti iclasında üzvlük haqqı borclarını ödəməyən şəxslərlə bağlı təqdim olunan siyahı əsasında onların birlikdən xaric edilməsi məsələsinə baxılacaq”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью