Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, yazıçı-şair Zahid Sarıtorpaq Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən imtina edib.
Gununsesi.info sözügedən imtinanın səbəblərini öyrənib. Yazıçı bu barədə deyib: “Uzun illər AYB-də ev növbəsində olmuşam.
Ancaq düz iki dəfə ərizəmi yoxa çıxardıblar. 2012-ci ildə İradə İsakın verilişində Rauf Aslanov və Ədalət Əsgəroğlu ilə teledebata çıxmışdıq
Hamı da bilir ki, məntiqli şəkildə cavablarını verdim. Sovet dövrü deyil, bir şey deyil.
Mənə deyirdilər ki, Bakıda qeydiyyatın yoxdur, sənə necə ev düşsün?
Dedim, mən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, Azərbaycan yazıçıyam, bunun adı Bakı Yazıçılar Birliyi deyil.
Bundan sonra Rauf Aslanov mənimlə düşmənçilik aparmağa başladı. O vaxt mən ora üzv olanda SSSR Yazıçılar Birliyi idi.