AYB üzvü eyvandan yıxıldı FOTO

17.11.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıtda qadın yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb.

"Yeni Sabah" xəbər verir ki, İlhamə Məhəmmədqızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Qapalı kəllə-beyin travması, hər iki bud sümüyünün sınığı diaqnozları təyin edilən şəxsin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır. Onlayn mağaza

O, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

İ.Məhəmmədqızı "Sumqayıt" qəzetinin müxbiri işləyir.  “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Bəs kimə deyim”, “Zirvəyə doğru”, “Hikmət dünyası” kitablarının müəllifidir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью