Aybaşı ağrılarını yox edən bitki çayları | Icma.az
Icma.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.
Qadınların çoxu aybaşı zamanı sancıları ağrıkəsici dərmanlarla yola verməyə çalışırlar.
Amma hər zamankı kimi təbii çarələrdən istifadə daha faydalıdır.
Sağlamolun.az aybaşı ağrılarını azaldan bitki çaylarını təqdim edir: Böyürtkən çayı Tərkibində çoxlu miqdarda C vitamini olduğu üçün bu dövrü rahat keçirmənizə həm kömək edər, həm də enerji verər.
Zəncəfil çayı Ağrıkəsici təsiri olduğundan əslində bu dövrdə istifadə edilən çaylardan biridir.
Aybaşı dövrünün rahat keçməsinə və eyni zamanda halsızlıq və yorğunluğa yaxşı təsir edir.
Çobanyastığı çayı Hər kəsin bildiyi kimi çobanyastığı çayı sakitləşdirici bir xüsusiyyətə malikdir.
Çayı içdiyinizdə sancı və ağrıların yüngülləşdiyini görəcəksiniz. Mütəxəssislər reql dövründən 3-4 gün əvvəl içməyinizi məsləhət görür.
Tam oxu
Xəbəri oxu