Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Menstruasiya zamanı qadının orqanizmində ciddi dəyişikliklər baş verir.
Qadının cinsiyyət orqanlarında, hormonal fonunda, bəzi qan göstəricilərində (qanın laxtalanması və s.), sinir sisteminin vəziyyətində (qadın daha həssas və əsəbi olur), immun sistemində və s.
dəyişikliklər baş verir. Bu səbəbdən qadın menstruasiya zamanı bunlardan çəkinməlidir: 1.
Menstruasiya zamanı ağır fiziki yükləmələrdən (peşəkar idman və s.) imtina etmək lazımdır. Bu qanaxmanın artmasına səbəb ola bilər.
Əgər bu mümkün deyilsə, qadın mütləq fiziki yükləmələri azaltmalıdır.
Ümumillikdə isə ağır fiziki yükləmələr qadında menstrual funksiyanın pozulmasına səbəb ola bilər, hətta menstruasiyalar tam kəsilə bilər. 2.
Menstruasiya zamanı hovuza, saunaya, hamama, dənizə və s. getmək tövsiyə edilmir.