Aybek Dadebay Qazaxıstan Qurultayının sədri seçildi

28.08.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Qazaxıstan Qurultayının deputatları Prezident Administrasiyasının sabiq rəhbəri Aybek Dadebayı yeni qanunverici orqanının sədri seçiblər.

Moderator.az "Kazinform"a istinadən xəbər verir ki, gizli səsvermənin yekunlarına əsasən, onun namizədliyini 138 deputat dəstəkləyib.

Dadebay ona göstərilən etimada görə həmkarlarına təşəkkür edib.

Qazaxıstan Konstitusiyasının 57-ci maddəsinə əsasən, Qurultay sədri vəzifəsinə namizədi deputatlar arasından prezident irəli sürür. Sədr Qurultay deputatlarının ümumi sayının səs çoxluğu və gizli səsvermə yolu ilə seçilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью