Aybəniz Haşımova konsertini təxirə saldı SƏBƏB

06.10.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Əməkdar artisti Aybəniz Haşımovanın və yetirmələrinin Üzeyir Hacşbəylinin anadan olmasının 140 illiyi münasibətilə sabaha təyin olunmuş konserti təxirə salınıb.

Bunu Bakıvaxtı.az-a Aybəniz Haşımovanın özü bildirib.

Onun sözlərinə görə, buna səbəb Əməkdar artist Cabir İmanovun dünyasını dəyişməsidir.

Haşımova xatırladıb ki, konsertin keçiriləcəyi məkanın rəhbəri İmanov idi:

“Rəhmətlik Cabir konsertin yüksək səviyyədə baş tutması üçün əlindən gələni edirdi. Texniki cəhətdən konsertin elə təyin olunduğu tarixdə keçirilməsina əmkan var. Amma belə qərara gəldim ki, Cabirin ruhuna hörmət əlaməti olaraq konserti onun 40 mərasimindən sonraya təyin edək”.

“İstedadlı aktyorumuzun 40 mərasimindən sonra konsertin nə vaxt keçiriləcəyi barədə məlumar verəcəyik”, - deyə Aybəniz Haşımova əlavə edib.

Qeyd edək ki, bundan əvvəl sentyabra təyin olunan konsert hava şəraiti ilə əlaqədar oktyabrın 7-nə keçirilmişdi.

Nərgiz Məmmədli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью