Icma.az, Axsham.az portalına istinadən məlumat verir. "Mügənni necə olmalıdı?
Bu sual mənə tez-tez verilir, çünki səhnə mədəniyyəti, ifa tərzi və müğənninin auditoriya ilə münasibəti böyük əhəmiyyət kəsb edir".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yazıb.
Müğənni ona ən çox ünvanlanan sualı cavablandırıb: "Mənə görə, səhnədə müğənni bu, xüsusiyyətlərə malik olmalıdır: Səmimiyyət və duyğu – müğənni səhnədə tamaşaçıya hisslərini ötürməyi bacarmalıdır.
Sadəcə, notları düzgün ifa etmək kifayət deyil, mahnının ruhunu yaşamaq və yaşatmaq lazımdır.
Texniki peşəkarlıq – səs texnikası, nəfəsə nəzarət, diksiya və ifa texnikası yüksək səviyyədə olmalıdır.
Canlı ifa zamanı bu xüsusiyyətlər müğənninin gücünü və səhnəyə hakimiyyətini göstərir.
Səhnə davranışı və xarizma – hərəkətlər, jestlər, göz kontaktı, səhnədə hərəkət və duruş tamaşaçıya güclü təsir edir.