Aybəniz Haşımovanın özünü masajist kimi təqdim edən qardaşı ilə bağlı qərar verildi | Icma…
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır. Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə ar
Yenisabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə istintaqı ilə müəyyən edilib ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov
O, Səhiyyə Nazirliyindən heç bir lisenziya almadan sadəcə Rusiyada keçdiyi altıaylıq kursa əsaslanaraq bu fəaliyyətlə məşğul olub.
Müxtəlif vaxtlarda guya iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alıb.
Zərərçəkənlər arasında azyaşlı övladının sağalmasının yeganə ümid yeri kimi təqsirləndirilən şəxsi görən valideyn də olub.
Siyəzən rayon sakini olan bir ana məhkəmədə təsirli ifadə verib: “Qızım doğulandan iflicdir, yeriyə bilmir.
Dedi ki, 20 gün masajla sağaldacaq. Düşündüm ki, bəlkə də, möcüzə olar. İki dəfə 1400 manat verdim. Şaiq həkimə çox inanırdıq.
Bizi inandırmışdı ki, prosedurlar zamanı qızın sinirlərində hərəkət hiss olunur və bir aya, hətta, qaça biləcək.
Tam oxu
Xəbəri oxu