Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ayda təxminən 17 il əvvəl aşkarlanan və bu günə qədər sirri açılmayan nəhəng krater NASA-nın yeni araşdırmasının diqqət mərkəzinə çevrilib.
Turkustan.az xəbər verir ki, alimlər təxminən 10 mərtəbəli binanın hündürlüyünə bərabər dərinliyə malik bu formasiyanın indiyədək öyrənilməmiş strukturları ehtiva edə biləcəyini düşünürlər.
İlk baxışdan adi krater təsiri bağışlayan bu formasiya ilə bağlı bir sıra suallar hələ də cavabsızdır. Onun səthaltı quruluşu və daxilində nələrin yerləşdiyi dəqiq məlum deyil.
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyası (NASA) bu sirri açmaq üçün yeni araşdırma hazırlayır. Alimlər hesab edirlər ki, tədqiqatın nəticələri təkcə Ayın keçmişi haqqında məlumatları genişləndirməyəcək, həm də gələcəkdə orada insan məskənlərinin yaradılması imkanlarının öyrənilməsinə töhfə verə bilər.
Aytən Yaşar/Turkustan.az