Ayda 20 min manatdan çox xərcləyirəm

27.01.2026

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Müğənni Kəmalə Günəşli aylıq xərcləri ilə bağlı diqqətçəkən açıqlama verib.

Milli.Az xəbər verir ki, sənətçi verdiyi müsahibədə aylıq xərclərinin 20 min manatı keçdiyini bildirib. O, böyük məbləğdə pul xərcləməsinin səbəblərini də açıqlayaraq, bunu şəxsi dəbdəbə yox, əsasən sənətinə yatırımla əlaqələndirib:

"Aylıq xərclərim 20 min manatı keçir. Mən çox pul xərcləyənəm, amma pulu geyimə, reklama, ora-bura. Mən pul yığmıram".

Kəmalə Günəşli vurğulayıb ki, əsas xərcləri yaradıcılığı ilə bağlıdır. Onun sözlərinə görə, hər ay iki klip çəkdirir və bu da ciddi maliyyə tələb edir:

"Ayda iki klip çəkdirirəm. Kliplərin xərci 7-8 min manat təşkil edir".

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş maraq doğurub.

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью