Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ-ın “Blue Origin” şirkəti Ayın cənub qütbündə gələcək kosmik baza üçün nəzərdə tutulan yeni enerji sistemini təqdim edib. “Power Tower” adlandırılan qurğu Ay səthində günəş enerjisindən istifadə etməklə elektrik enerjisi istehsal etmək üçün hazırlanıb.
Təxminən 20 metr hündürlüyündə olacaq sistem şaquli şəkildə açılaraq günəş panellərini səthdən yuxarı qaldıracaq. Şirkətin məlumatına görə, qurğu 10 kilovatdan artıq elektrik enerjisi istehsal edə və enerjini Ay səthindəki müxtəlif avadanlıqlara ötürə biləcək. Sistem modul quruluşa malik olduğundan gələcəkdə daha geniş enerji şəbəkəsinin bir hissəsinə çevrilə bilər.
“Power Tower”ın hazırlanması Ayda uzunmüddətli insan fəaliyyəti üçün vacib hesab olunur. Qurğunun real ölçülü prototipinin yerləşdirilməsi üzrə sınaq iyul ayında Yer kürəsində keçirilib. Layihənin gələcəkdə Ayın cənub qütbündə qurulması planlaşdırılan bazaların enerji təminatında istifadə edilməsi nəzərdə tutulur.
Səadət Rzayeva
XQ