Ayda həyat izləri: Qaranlıq tərəfində tapıldı | Icma.az
Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Çin Elmlər Akademiyasının (CAS) alimləri “Çanqi-6” missiyası ilə görünməyən qaranlıq tərəfindən gətirilən torpaq nümunələrini araşdıraraq, vaxtilə Ayın maqnit sahəsinin dəyişməsi ilə bağlı ilk məlumatı əldə ediblər.
Teleqraf.com xəbər verir ki, araşdırma nəticəsində Ayın maqnit sahəsinin intensivliyinin təxminən 2.8 milyard il əvvəl yenidən artmış ola biləcəyi üzə çıxıb.
CAS-ın Geologiya və Geofizika İnstitutu və Milli Astronomiya Rəsədxanasından Su Rişian və Say Şuxuinin rəhbərlik etdiyi komanda “Çanqi”nin Aydan gətirdiyi 4 millimetrlik bazalt parçası üzərində tədqiqat aparıb.
Komanda Ayın maqnit sahəsinin generatorunun gücünün kəskin azalmasından sonra təxminən 2.8 milyard il əvvəl yenidən gücləndiyini, bunun maqnit sahəsi yarada biləcəyini müəyyən edib.
Bundan əvvəl “Apollon” missiyası tərəfindən gətirilən torpaq nümunələrini araşdıran elm adamları Ayın 3.5-4.2 milyard il əvvəl maqnit sahəsi yaradan aktiv generatora malik ola biləcəyini və maqnit sahəsinin təxminən 3.1 milyard il öncə əhəmiyyətli dərəcədə kiçilərək aşağı enerjili səviyyədə qaldığını, bundan 1 milyard ildən sonra tamamilə yox olduğunu proqnozlaşdırmışdı.
Say qeyd edib ki, vaxtilə Ayda yerinkinə bənzər bir maqnit sahəsi yaradan təbəqə olub: “Maqnit sahəsi planetin yaşayış mühitinin qorunmasında mühüm elementdir.
O, təkcə kosmik şüalara qarşı müdafiə təşkil eləmir, həm də atmosfer və suyu qoruyur.
Tam oxu
Xəbəri oxu