Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Ağ Ev Milli Aeronavtika və Kosmos Administrasiyasına (NASA) Ay üçün vahid vaxt standartı yaratmağı tapşırıb.
Redaktor.az xəbər verir ki, bu layihə "Koordinasiya edilmiş Ay Vaxtı" (LTC) adlanacaq.
Ayda cazibə qüvvəsi daha zəif olduğu üçün vaxt Yerlə müqayisədə gündə təxminən 58,7 mikrosaniyə daha sürətli keçir. Bu kiçik fərq kosmik gəmilərin dəqiq naviqasiyası və Yerlə sinxronizasiyası üçün kritik əhəmiyyət kəsb edir. Yeni standartın 2026-cı ilin sonuna qədər hazır olması planlaşdırılır ki, bu da gələcək Ay missiyaları üçün beynəlxalq norma rolunu oynayacaq.
Xədicə BAXIŞLI