Ayda yaşayıb işləmək üçün ELAN Maaş 164 min dollar

16.11.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Ayda yaşamaq və işləmək istəyən şəxslər üçün müraciət qəbuluna başlayıb. Seçiləcək namizədlərə 164 min 395 dollar məbləğində ilkin illik əməkhaqqı təklif olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, NASA yeni astronavtların seçiminə başlayıb. Kosmik agentlik tərəfindən seçilən şəxslər təkcə kosmik aparatları sınaqdan keçirməyəcək, həm də gələcəkdə Ayda yaradılacaq bazada yaşayıb işləyəcəklər.

Hazırda NASA-nın astronavt korpusunda 32 fəal astronavt var. Agentliyin məlumatına görə, 1960-cı illərdən indiyədək ümumilikdə 370 nəfər astronavt hazırlığı üçün seçilib.

Astronavt olmaq istəyənlər arasında rəqabət olduqca yüksəkdir. Belə ki, NASA-nın son seçim mərhələsində 8 mindən çox namizəd arasından cəmi 10 nəfər qəbul edilib.

Kimlər müraciət edə bilər?

NASA-nın astronavt proqramına ABŞ vətəndaşları müraciət edə bilərlər. Lakin namizədlər müəyyən tələblərə cavab verməlidirlər.

Onların elm, texnologiya, mühəndislik və ya riyaziyyat sahələrindən biri üzrə magistr dərəcəsi olmalıdır. Son dəyişikliklərə əsasən, tibb bacısı işi sahəsində müvafiq ali təhsil dərəcəsi olan şəxslərin də müraciətinə icazə verilir.

Bundan əlavə, namizədlər diplom aldıqdan sonra müvafiq sahədə ən azı üç il peşəkar iş təcrübəsinə malik olmalıdırlar.

Seçilən şəxslər ikiillik xüsusi hazırlıq proqramından keçəcəklər. NASA-nın məlumatına görə, astronavtlar Ayın cənub qütbü yaxınlığına eniş də daxil olmaqla, mürəkkəb və mühüm kosmik missiyalara hazırlanacaqlar.

İlkin illik əməkhaqqı 164 min 395 dollar təşkil edəcək. Müraciətlər dekabrın 3-dək qəbul olunacaq.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью