Aydan Axundovadan sevgi paylaşımı

06.08.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Aktrisa Aydan Axundova sevgi ilə bağlı paylaşımıyla diqqət çəkib.

Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında sevginin çətin günlərdə özünü göstərdiyini vurğulayan fikirlər yazıb.

"Dünya qədər qoca bir sevgi elmi var. Sevgi zəngin, sağlam və xoşbəxt günlərdə yox, yalın, yavan, naxoş günlərdə zühur etməlidir. Gülüşün şaqraq, ciblərin dolu, dərin mərmər ikən səni sevmək asandır əlbəttə.

Rumi deyir ki: "Xoşbəxt olanda sevdiyinin, bədbəxt olanda onu sevənin yanına gedir insan". Bəxtiyardır o kəs ki, şənlikdə də, matəmdə də tək bir ürəyə sığınır, tək bir insanda hüzur tapır" deyə, Aydan qeyd edib.

Qeyd edək ki, Aydan Axundova aktyor İbrahim Çingizlə ailəlidir. Cütlüyün bu nikahdan bir övladı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью