Aydan Rəcəbova İdarə rəisi təyin olunub

24.12.2024

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi Mehriban Əlizadə vəzifəsindən azad edilib.

Məlumata görə, komitə sədri gömrük xidməti general-leytenantı Şahin Bağırovun bununla bağlı müvafiq əmr imzalayıb.
Şahin Bağırovun digər əmri ilə Rəcəbova Aydan Şahin qızı Mərkəzi Gömrük Ekspertizası İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, Aydan Rəcəbova 2014-2015-ci ildə Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin"Genetika, İnsan və heyvan fiziologiyası" ixtisası üzrə magistr təhsili alıb. Mehriban Əlizadə isə 2010-cu ildən sözügedən idarədə rəis və müavin vəzifəsində çalışıb(qaynarinfo).

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью