Aydan Salahova ilə görüş keçirilib

06.05.2025

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərxalça Satış və Sərgi Qalereyasında məşhur rəssam və heykəltaraş Aydan Salahovanın xalçaçılıq sənətinə həsr olunan mühazirəsi dinlənilib.

525.az xəbər verir ki, Beynəlxalq Xalça Festivalı çərçivəsində reallaşan tədbirdə Salahova Azərbaycan xalçaları haqqında fikirlərini bölüşüb.

Xalçaçılıq sənətinin özünəməxsus xüsusiyyətlərindən söz açan rəssam  ornamentlərin bu işdəki önəmini vurğulayıb: “İşlədiyim xalçalarda öz rəsmlərimi təkrarlamağa çalışmışam. Bura insan portretləri, at rəsmləri və s. daxildir. Həmçinin hər bir işdə xüsusi ornamentlər də əlavə edirəm. Fikrimcə, ornamentlər xalçalara xüsusi maraq qatır”.

Salahova yaradıcılığında xüsusi yer tutan “Memarlığın Yaddaşı” adlı xalçası ilə bağlı maraqlı məqamlara toxunub: “Əsərdə İçərişəhər təsvir olunub. Bu işə təxminən 1 aya yaxın vaxt sərf olunub və belə bir rəsm alınıb. İçərişəhər pilləkanlar vasitəsilə canlandırılıb. Əsərə münasibət həm də izləyicidən asılıdır. Baxır siz bunu necə asacaq, yaxud necə yerləşdirəcəksiniz. Siz pilləkəndən aşağı da enə bilərsiniz, yuxarı da qalxa bilərsiniz. Bu, artıq sizin seçimizdən; əhval-ruhiyyənizdən asılıdır”.

Daha sonra rəssam mühazirə iştirakçılarının suallarını cavablandırıb.

Tədbir qarşılıqlı dialoq və bədii müzakirə formatında davam edib.

Qeyd edək ki, Beynəlxalq Xalça Festivalı çərçivəsində Aydan Salahovanın “Memarlığın Yaddaşı” adlı sərgisi də baş tutub. Sərgidə “Azərxalça” ilə birgə hazırlanmış 20 xalça əsəri təqdim olunub.

Aytac Sahəd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью