Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“Fənərbaxça”nın cinah yarımmüdafiəçisi Oğuz Aydın Moskvanın ÇSKA klubu ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Demokrat.az xəbər verir ki, müqavilə üç il yarım müddətinə nəzərdə tutulub. Futbolçu transfer üçün Türkiyə nəhənginin rəhbərliyindən icazə istəyib. Bu barədə jurnalist Mustafa Özgür Sancar “X” sosial media platformasında məlumat verib.
Mənbənin məlumatına görə, “qırmızı-göylər” onun “Fənərbağça” ilə müqaviləsinin vaxtından əvvəl ləğvi üçün 6 milyon avro təzminat təklif edib. Aydının transferi ilə bağlı razılaşmanın son mərhələdə olduğu vurğulanır.
Bu mövsüm futbolçu bütün yarışlarda 27 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 10 milyon avrodur.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Demokrat.az xəbər verir ki, müqavilə üç il yarım müddətinə nəzərdə tutulub. Futbolçu transfer üçün Türkiyə nəhənginin rəhbərliyindən icazə istəyib. Bu barədə jurnalist Mustafa Özgür Sancar “X” sosial media platformasında məlumat verib.