Aydın Sezer: Türkiyə İsrailə siyasi təzyiq göstərmək imkanına malik deyil | Icma.az
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə-İsrail münasibətləri məhdud səviyyədə davam edir və tərəflər arasında diplomatik əlaqələrdə soyuqluq müşahidə olunur.
2010-cu ildən əvvəl iki ölkə arasında müdafiə və ticarət sahəsində əməkdaşlıq mövcud olsa da, sonrakı dövrdə bu münasibətlər zəifləyib.Bu çərçivədə, Türkiyə Xarici İşlər Nazirliyi İsrail parlamentinin işğal altındakı İordan çayının qərb sahilini ilhaq etmək cəhdinə münasibət bildirərək, bu addımı beynəlxalq hüquqa zidd və regionda sabitliyi pozan hərəkət kimi qiymətləndirib.
Nazirlik, həmçinin, Türkiyənin Fələstin xalqının hüquqlarını və paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləməyə davam etdiyini vurğulayıb.Türk xarici siyasət üzrə ekspert Aydın Sezer Sherg.az-a açıqlamasında İsrail-Türkiyə münasibətlərinin əvvəllər müsbət halda olduğunu, indi isə mənfiyə doğru getdiyini bildirib:"Türkiyə bu tip açıqlamaları sadəcə açıqlama xatirinə verir.
Bundan əmin ola bilərsiniz. Çünki Türkiyə-İsrail münasibətləri, təəssüf ki, donmuş vəziyyətdədir. Hazırda İsraildə səfirimiz yoxdur.
Çox ciddi problemlər və çətinliklər yaşanır, qarşılıqlı dialoq da mövcud deyil.
Buna görə də Türkiyənin bu ümumi ifadələrlə İsraili qınaması və beynəlxalq hüquq baxımından onun atdığı addımları tənqid etməsi, təəssüf ki, praktik baxımdan heç bir əhəmiyyət kəsb etmir.
Bunu təəssüflə qeyd edirəm. Halbuki, Türkiyə-İsrail münasibətləri 2010-cu ilə qədər çox yaxşı səviyyədə idi.
Tam oxu
Xəbəri oxu