Aydın Süleymanlı 46 cı pillədə qərarlaşıb

05.03.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskvada "Aeroflot Open" beynəlxalq şahmat turniri davam edir. Sport24.az xəbər verir ki, qrossmeysterimiz Aydın Süleymanlı altıncı turda rusiyalı Artem Pinginlə heç-heçə edib.

O, 3,5 xal toplayıb və 46-cı yerdə qərarlaşıb. Digər təmsilçimiz Rəvan Əliyev ondan yarım xalı az toplayıb.

Altı şahmatçı 5 xalla liderlər qrupda qərarlaşıb. Onların arasında Yan Nepomnyaşi (Rusiya), Rixard Rapport (Macarıstan), Hans Niemann (ABŞ) da var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью