Aydın Süleymanlı heç heçə etdi və liderliyini itirdi

24.01.2026

Icma.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanlı qrossmeysterin hazırda aktivində 4,5 xalı var

Niderlandda davam edən beynəlxalq “Tata Steel Challengers” şahmat turnirində azərbaycanlı qrossmeyster Aydın Süleymanlı iştirak edir.

AYNA.AZ “Azerisport.com”a istinadən xəbər verir ki, turnirdə Süleymanlıdan əlavə 13 şahmatçı mübarizə aparır. Onların arasında məşhur ukraynalı qrossmeyster Vasili İvançuk və üçqat dünya blits çempionu Bibisara Assaubayeva (Qazaxıstan) da var.

6-cı turda Süleymanlı Panesar Vedant ilə heç-heçə etdi. Hazırda onun aktivində 4,5 xalı var və liderliyini itirərək üçüncü yerə düşüb.

Turnir 13 turdan ibarət dairəvi sistem formatında keçirilir və 1 fevralda başa çatır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью