sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qrossmeysterimiz Aydın Süleymanlı Niderlandın Veyk-an-Ze şəhərində keçirilən nüfuzlu "Tata Steel Challengers" turnirində vahid liderə çevrilib.
Sport24.az İdman.Biz-ə istinadən xəbər verir ki, üçüncü tur çərçivəsində Süleymanlı Niderland təmsilçisi Elin Rubersi məğlub edib və 2,5 xal toplayaraq turnir cədvəlinin zirvəsinə yüksəlib.
Şahmatçımızı hərəyə iki xal toplayan yeddi iştirakçıdan ibarət qrup izləyir.
Onların arasında dünya şahmatının əfsanələrindən biri, 56 yaşlı ukraynalı Vasili İvançuk da var.
Dördüncü turda Süleymanlı çinli Lu Maoyi ilə qarşılaşacaq. Qeyd edək ki, "Challengers" turnirinin qalibi gələn il Veyk-an-Ze də təşkil edilə
Ötən il şahmatçımız "Challengers" turnirində 1–2-ci yerləri bölüşsə də, əlavə göstəricilərə görə ikinci olmuşdu.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.