Aydın Süleymanlı Moskvada keçirilən ilk turda qələbə qazandı

02.03.2025

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Rusiyanın paytaxtı Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turnirinə start verilib.

Gununsesi.info Teleqraf – a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi qrossmeyster Aydın Süleymanlı ilk turda rusiyalı Yevgeni Vorobyovu məğlub edib. Beynəlxalq usta Rəvan Əliyev isə digər yerli şahmatçı İvan Zemlyanskiyə məğlub olub.

Qeyd edək ki, turnirdə 144 şahmatçı mübarizə aparır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью