Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” şahmat turnirində təqibçi rolunda çıxış edir.
İdman.Biz xəbər verir ki, altıncı turun oyunları çərçivəsində Süleymanlı Hindistan təmsilçisi Vedant Panesarla heç-heçə edib.
Nəticədə Azərbaycan şahmatçısı 4,5 xal toplayaraq fransalı Markandriya Mauritsi ilə birlikdə 2–3-cü yerləri bölüşür. Əlavə göstəricilərə görə Aydın Süleymanlı turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, altıncı turdan əvvəl o, 1-3-cü yerləri bölüşürdü.
Turnirdə vahid liderliyi beş xalla amerikalı Endi Vudvort ələ keçirib. Yeddinci turda Azərbaycan təmsilçisi çinli şahmatçı Lu Maoyi ilə qarşılaşacaq.
Teymur Tuşiyev
İdman.Biz