Aydın Süleymanlı özbəyə məğlub olub

23.01.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

Şahmatçımız Aydın Süleymanlı Niderlandın Veyk-an-Zee şəhərində keçirilən beynəlxalq turnirdə ilk məğlubiyyətlə üzləşib. Sport24.az xəbər verir ki, o, "Challengers" yarışının 5-ci turunda özbəkistanlı Nodirbek Yakubboyevə uduzub.

Beş turdan sonra 2,5 xalı olan Süleymanlı 9-cu yerdədir. Yarışa niderlandlı Ervin L'Ami liderlik edir - 4 xal.

Bu gün turnirdə istirahət günüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью