Aydın Tağıyev AKİAB tərəfindən Fəxri üzv seçildi

16.02.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Aydın Tağıyev Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB) tərəfindən “Fəxri üzv” seçilib.

Bakıvaxtı.az xəbər verir ki, Assosiasiya Azərbaycanda korporativ idarəetmə mədəniyyətinin inkişafına mühüm töhfə verən platformalardan biridir. 400-ə yaxın tərəfdaşı birləşdirən qurum təlimlər, görüşlər, diskussiyalar və maarifləndirici layihələr vasitəsilə biznes mühitində şəffaflıq və peşəkar idarəetmə prinsiplərinin tətbiqinə dəstək verir.

Bu təşəbbüslər innovativ idarəetmə metodlarının yayılmasına, sahibkarlar arasında əməkdaşlığın möhkəmlənməsinə və iş dünyasında etimad mühitinin formalaşmasına xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью