Aydının Niderlanddakı rəqibləri məlum oldu

18.01.2025

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Chess” beynəlxalq şahmat turnirinə start veriləcək.

Futbolpress.az xəbər verir ki, Azərbaycan şahmatçısı Aydın Süleymanlı turnirin “Challengers” yarışında çıxış edəcək.

Təmsilçimiz Vaişali Rameşbabu, Divya Deşmux (hər ikisi Hindistan), Nodirbek Yakubboev (Özbəkistan), Bencamin Bok, Ervin LAmi, Artur Peipers (hamısı Niderland), Dominik Svayn (Almaniya), Tay Nquyen (Vyetnam), Ediz Gürel (Türkiyə), Kazıbek Nogerbek (Qazaxıstan), Faustino Oro (Argentina), Liu Miayu (Çin) və İrina Bulmaqa (Rumıniya) ilə qarşılaşacaq.

İlk turda Aydının rəqibi yerli şahmatçı Bencamin Bok olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью