Ayətullah Xamnəi Əliyevə nə söz vermişdi? “Bir məsələ var, həllini tapmayıb” | Icma.az
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir. “Çox çalışırdıq ki, səfərin proqramına Təbriz də salınsın.
5 günlük səfər idi. Azərbaycan Prezidenti İranda bir neçə şəhərə getdi. Biz Təbrizi proqrama salırdıq, İran tərəfi çıxarırdı.
Axırda proqrama salınmadı. İlk gün, axşam İranın Ali dini rəhbəri Əli Xamnəi qeyri-rəsmi görüşə dəvət elədi.
Görün Heydər Əliyev necə böyük ustalıqla, diplomatik yolla İranın Ali dini rəhbərinə irad tutdu”.
Turkustan.az xəbər verir ki, bunu RTV-yə müsahibəsində Prezident Aparatı Katibliyinin keçmiş rəhbəri Eldar Namazov deyib.
O, Heydər Əliyevin Təbrizə səfər etmək üçün Xamnəiyə müraciətinin tarixçəsini danışıb: “Xamnəi ondan necə gəldiyini, rahat olub-olmadığını soruşdu.
Heydər Əliyev dedi ki, çox razıyam, çox sağ olun, hər şey yaxşıdır, bircə məsələ var, öz həllini tapmayıb. Xamnəi soruşdu, nə məsələdir?
Prezidenti dedi ki, İranda bir kiçik qəsəbə var, Xamnə, Təbrizin girişindədir. Çoxdankı arzumdur ki, o qəsəbəyə səfər edim..
Tam oxu
Xəbəri oxu