Ayfon 20 gəlir Belə olacaq

10.08.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əplın Ayfonun 20-ci ildönümünə özəl olaraq 2027-ci ildə Ayfon- 20 modelini təqdim etməyə hazırlaşdığı iddia edilir.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, yeni model tamamilə şüşə korpus, əyri və çərçivəsiz ekran, ekran altı üztanıma və fiziki düymələri əvəz edəcək toxunma əsaslı idarəetmələrlə təchiz oluna bilər.

İddialara görə, Ayfon-20 6,3 və 6,9 düymlük iki ekran variantında təqdim ediləcək. Modelin A21 çipi ilə işləyəcəyi və cihazdaxili süni intellekt imkanlarının da gücləndiriləcəyi gözlənilir.

Əpl daha əvvəl Ayfonun 10-cu ildönümündə Ayfon -9 əvəzinə Ayfon-X modelini təqdim etmişdi. Bu səbəbdən 2027-ci ildə Ayfon-20 adının seçilə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, yeni xüsusiyyətlərin bir hissəsi hələlik Əpl tərəfindən rəsmi təsdiqlənməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью