Aygül Əskərova dəm qazından boğularaq öldü

23.11.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Əskərova Aygül Elman qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, hadisə nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью