Aygün Kazımova 20 dən çox məzun gecəsinə qatılıb Video

02.07.2026

Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Aygün Kazımova bu il də məzun gecələrinin ən çox dəvət alan ifaçısı olub.

Axşam.az xəbər verir ki, Pop kraliça məzun mövsümü ərzində 20-dən çox tədbirdə səhnəyə çıxaraq məzunlara unudulmaz anlar yaşadıb.

Aygün Kazımova hər məzun gecəsinə xüsusi proqram və fərqli səhnə obrazı ilə hazırlaşıb. Sənətçi təkcə enerjili çıxışları və hit mahnıları ilə deyil, həm də hər tədbir üçün seçdiyi fərqli, dəbli geyimləri ilə diqqət çəkib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə ölkənin əsas ulduzunun hər səhnədə yeni obrazda görünməsi izləyicilər tərəfindən maraqla qarşılanıb. Onun məzun gecələrindəki performansları və dəbli üslubu geniş müzakirələrə səbəb olub. Kazımovanın məzunlarla da maraqlı dialoqları, rəqsləri gündəm olub.

Beləliklə, Aygün Kazımova bu il də həm səhnə performansı, həm də özünəməxsus stili ilə məzun gecələrinin ən yaddaqalan simalarından birinə çevrilib.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью