Aygün Kazımova bu universitetdə konsert verəcək

09.06.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Aygün Kazımova Bakı Dövlət Universitetinin (BDU) 2025/2026-cı tədris ilinin məzunları üçün nəzərdə tutulan Məzun Günündə konsert proqramı ilə çıxış edəcək.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın pop musiqisinin tanınmış siması məzunlar üçün təşkil olunacaq təntənəli tədbirin əsas qonaqlarından biri olacaq.

Qeyd edək ki, BDU-nun Məzun Gününün iyunun 12-də Milli Gimnastika Arenasında keçirilməsi nəzərdə tutulur.

Tədbirdə universitet rəhbərliyinin, müəllim heyətinin, məzunların və onların ailə üzvlərinin iştirakı gözlənilir.

Murad İsmayıl

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью