Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalq artisti Aygün Kazımova ölkənin ən böyük musiqi festivalı olan "Dream Fest"ə dəvət alıb.
Axşam.az xəbər verir ki, Pop kraliça musiqili tədbirin açılış mərasimində səhnəyə çıxacaq. Festivalın açılış mərasimi iyulun 23-də planlaşdırılıb.
Kazımova gecədə maraqlı şou göstərəcək və hit mahnılarını səsləndirəcək.
Qeyd edək ki, "Dream Fest" Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə iyulun 23-dən 26-na kimi keçiriləcək.
Aygün Kazımova ötən il də festivalda səhnə alıb. Müğənni həm səhnə şousu, həm də geyimləri ilə səs-küy yaratmışdı.