Aygün Kazımova toya elə ayaqqabıda getdi ki… VİDEO

29.04.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Xalq artisti Aygün Kazımova növbəti dəfə səhnə obrazı ilə gündəmə gəlib.

“Yeni Sabah” xəbər verir ki, 55 yaşlı sənətçinin ötən gün qatıldığı toy məclislərindən birində lentə alınan görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

O, gecədə həm ifası, həm də fərqli səhnə tərzi ilə seçilib. Ağ rəngli, transparan detallı geyimini qara jilet və iri platformalı botinkalarla tamamlayan Xalq artistinin obrazı müzakirələrə səbəb olub.

Xüsusilə müğənninin klassik toy səhnəsi üçün qeyri-adi sayılan botinkaları izləyicilərin diqqətindən yayınmayıb. Sənətçinin enerjili çıxışı və yaşına rəğmən cəsarətli səhnə seçimi sosial şəbəkələrdə müxtəlif rəylərlə qarşılanıb.

Əsmətxanım Rzazadə


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью