Aygün Kazımova üçün yarım milyon pul yığıldı

28.01.2026

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yanvarın 26-da Xalq artisti Aygün Kazımovanın möhtəşəm ad günü məclisi keçirilib.

Globalinfo.az milli.az-a istinadən xəbər verir ki, paytaxtın ən dəbdəbəli məkanlarından birində təşkil olunan gecədə ölkənin tanınmış simaları iştirak edib.

Gecə ilə bağlı ən çox maraq doğuran məqam isə yığılan məbləğ olub. Aygün Kazımova ad günü münasibətilə təqdim olunan hədiyyələr də daxil olmaqla 450 min manatdan artıq vəsait qəbul edib. Bu göstərici yerli şou-biznes üçün rekord hesab olunur.

Qeyd edək ki, bundan əvvəl müğənni Şəbnəm Tovuzlunun ad günü mərasimində 173 min manat məbləğində hədiyyə yığılmışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью