Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xalq artisti Aygün Kazımova "GabalaFest"in bağlanış mərasimində möhtəşəm şou ilə çıxış edib.
Axşam.az xəbər verir ki, Pop diva gecəyə son dövrlərin hitinə çevrilən “Məclis” mahnısı ilə başlayıb. Ard-arda sevilən hitlərini səsləndirən ölkənin əsas ulduzu tamaşaçıların alqışları və sevgi dolu reaksiyaları ilə unudulmaz ab-hava yaradıb.
Səhnə performansı və rəqsləri ilə də diqqət çəkən Aygün Kazımova gecə ərzində sürprizə də imza atıb. Pop diva səhnədə məşhur britaniyalı müğənni Fredrik Ferrierlə duet oxuyub. Onlar birlikdə musiqisi Kamal, sözləri Baba Vəziroğluna məxsus olan və illər əvvəl Aygün Kazımova üçün yazılmış “Nigaranam” mahnısını səsləndiriblər.