Aygün Kazımovadan növbəti ilk: Bütün ulduzlar onun üçün oxudu

21.07.2025

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xalq artisti Aygün Kazımovanın estrada aləmində daha bir yenilik olacaq albomu üzərində hazırlıq işləri davam edir.

Yenisabah.az xəbər verir ki, albomda yer alan daha bir ifaçının adı açıqlanıb. 

Xalq artisti Tünzalə Ağayeva Divanın sevilən mahnılarından birini oxuyub.  Toyuqlu pizza

Ağayeva bəstəni özünəməxsus formada səsləndirib. Mahnının adı isə hələlik  sürpriz olaraq qalır.

Pop kraliçanın təqdim edəcəyi albomda pərəstişkarları onun mahnılarını estradamızın tanınmış simalarının ifalarında dinləyəcəklər. 

Albomda 30-a yaxın sənətçi yer alıb. Onlar arasında Xalq aristləri, Əməkdar artistlər və gənc ifaçılar var. Onlar Aygün Kazımovanın yaradıcılığının müxtəlif illərinə məxsus olan hitləri səsləndiriblər.

Qeyd edək ki, İradə İbrahimova da Xalq artistini repertuarından iki mahnı oxuyub və albomuna daxil edib.

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью