Icma.az bildirir, Axsham.az portalına istinadən.
Xalq artisti Aygün Kazımova ötən gün Rusiyada məclislərdən birində səhnə alıb.
Axşam.az xəbər verir ki, Pop divanın gecədən görüntüləri sosial şəbəkədə yayılıb. Məclisdə Kazımovanın başına pul səpiblər.
Bir şəxsin Divaya pul verməsi məqamı isə diqqət çəkib. Həmin pulları alan ölkənin əsas ulduzu onu gəlinin başına səpib.
Onun bu hərəkəti sosial şəbəkədə gündəm olub. İzləyicilər Kazımovanın ünvanına "Diva hərəkəti", "Toxgözlük burada görünür", "Əsl divalara layiq addım", "Aygün belə də etməli idi" kimi şərhlər yazıblar.