Aygün və Röyanın bir yerdə görüntüləri yayıldı

14.07.2026

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xalq artistləri Aygün Kazımova və Röya Ayxan yenidən birlikdə görüntüləniblər.

"Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə sənətçilərin tək olmadıqları da diqqət çəkib. Onlarla birlikdə son illərdə məşhur hitlərin müəllifləri olan bəstəkar-müğənni Kazım Can və repçi, söz yazarı Orxan Qarabasman da yer alıb.

Bu görüş qısa zamanda müzakirələrə səbəb olub. Sənətçilərin bir araya gəlməsi onların yeni musiqi layihəsi üzərində çalışdıqları barədə iddiaları yenidən gündəmə gətirib. pizza

Xatırladaq ki, uzun illər davam edən küsülülükdən sonra barışan Aygün Kazımova və Röya Ayxan mətbuata birlikdə duet oxumağı planlaşdırdıqlarını açıqlamışdılar. Son görüşdən sonra isə sosial şəbəkə istifadəçiləri bu layihənin artıq reallaşmaq üzrə olduğunu düşünürlər.

Hələlik tərəflər görüşün məqsədi ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər. Buna görə də Kazım Can və Orxan Qarabasmanın da iştirak etdiyi bu görüşün yeni hit hazırlığı, yoxsa sadəcə dost məclisi olduğu hələlik məlum deyil.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью