Aygünlə Namiqin marağa səbəb olan görüntüsü VİDEO

13.06.2026

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlunın bir məclisdə lentə alınan görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az xəbər verir ki, duet ortaqları tədbirlərdən birində eyni səhnəni bölüşüblər. İkilinin səmimi ünsiyyəti və birlikdə nümayiş etdirdikləri rəqs performansı tədbir iştirakçılarının diqqətini çəkib.

Yayılan kadrlarda sənətçilərin xoş əhval-ruhiyyədə olduqları və musiqi sədaları altında rəqs etdikləri görünür. Bu anlar qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Aygün Kazımova və Namiq Qaraçuxurlunun görüntüləri izləyicilər tərəfindən maraqla qarşılanıb, paylaşım altında çoxsaylı rəylər yazılıb.

Sənətçilərin səmimi davranışları və enerjili çıxışları bəyənilib.

Musa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью