Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xalq artisti Aygün Kazımovanın çıxışı zamanı səhnədə gözlənilməz hadisə baş verib.
Milli.Az xəbər verir ki, ifa davam edərkən naməlum bir kişi qəfil səhnəyə çıxaraq rəqsi ilə diqqət mərkəzinə düşüb.
Sözügedən anlar Aygün Kazımovanın çıxış etdiyi məkanda lentə alınıb və görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. Video izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Sosial media istifadəçilərinin bir qismi baş verənləri maraqlı və əyləncəli hesab ediblər. Gözlənilməz səhnə epizodu hazırda da müzakirə mövzusu olaraq qalır.
Musa
Milli.Az