Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Rusiyanın Zabaykal diyarında ayı şəxsi mülkə girərək iki donuzu öldürüb.
Redaktor.az xəbər verir ki, hadisə Rusiyanın Zabaykal diyarının Kıra rayonunun Bilitui kəndində baş verib.
Regional Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ayı yaşayış evinin həyətinə girərək ev heyvanlarına hücum edib. Yırtıcının evin yaxınlığında olması yerli sakinlər üçün təhlükə yaradıb.
Hadisələrin qarşısını almaq məqsədilə əraziyə səyyar ovçu qrupu cəlb olunub. Nəticədə ayı vurularaq öldürülüb.
Aytəkin TOFİQQIZI