Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son günlər Naxçıvanda ayının insanlara hücum etməsi yenidən “ayı təhlükəsi” məsələsini gündəmə gətirib.
Xüsusilə dağlıq və meşəlik ərazilərdə ayıların yaşayış məntəqələrinə enməsi artıq nadir hadisə sayılmır.Bəs bu hücumların səbəbi nədir və ölkəmizin hansı bölgələri daha çox risk altındadır?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimov bildirib ki, ayılar əsasən dağlıq və dağətəyi bölgələrdə insanlara hücum edir.“Əsas səbəb qida tələbatıdır.
Ayılar yaşayış məntəqələrinə məhz yem tapa bilmədikləri üçün girirlər.
Əvvəllər yaylaqlarda köçəri insanlar çox olurdu və ayılar bəzən heyvan oğurlayıb dağlara qayıdırdı.
İndi isə bu yaylaqlar azalıb, təbii qida zənciri pozulub. Nəticədə ayılar kəndlərə enərək meyvə və bal tapmağa çalışırlar,” - deyə ekoloq bi
Bu, onların insanlara hücum etmək istəməsi ilə bağlı deyil.
Sadəcə təbiətdə qida çatışmazlığı yarananda heyvanlar məcburən yaşayış məntəqələrinə yaxınlaşır.