Ayı hücumuna məruz qalan ovçu DANIŞDI

12.08.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

280 kiloqramlıq ayının hücumundan sağ çıxan yapon ovçu Norihiko Takaşima yaşadığı dəhşətli anlardan danışıb.

Redaktor.az “Asahi Shimbun”ya istinadla xəbər verir ki, hadisə Yaponiyanın Hokkaydo adasında, Şimamaki kəndi yaxınlığındakı dağlıq ərazidə baş verib.

69 yaşlı Takaşima doğum günündə digər ovçularla birlikdə meşədə ayı axtarışına çıxıb. Axşam saatlarında qarşılarına böyük bir qəhvəyi ayı çıxıb. Ovçular ona atəş açıblar, lakin güllələrə baxmayaraq heyvan Takaşimaya hücum edib.

Ayı ovçunun sol əlini dişləyib və onun sümükləri sınıb. Takaşima ayının hücumundan xilas olmaq üçün yaralı qolunu heyvanın boğazına soxub. Bundan sonra ayı qusmağa başlayıb. Ovçuların açdığı əlavə atəşlər nəticəsində heyvan öldürülüb.

Məlum olub ki, güllələr ayının dərisinin altındakı qalın yağ təbəqəsinə görə təsirsiz qalıb. Takaşima bir neçə əməliyyat keçirib və 25 gün xəstəxanada müalicə olunub. Sağ qoluna 50 tikiş qoyulub, sol əlindəki sümüklər isə metal lövhələrlə bərkidilib.

Ovçu bildirib ki, geyindiyi dəri əlcəklər daha ağır xəsarətlərin qarşısını alıb.

Qeyd edək ki, 2025-ci ildə Yaponiyada ayı hücumlarının sayı rekord həddə çatıb. Hücumlar nəticəsində 13 nəfər ölüb, 217 nəfər isə yaralanıb.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью