Ayı iki ovçuya hücum ETDİ

31.08.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Kamçatka diyarında ayı hücumu nəticəsində iki ovçu yaralanıb.

Redaktor.az xəbər verir ki, “Max”ın məlumatına görə, hadisə Kamçatka və Çukotka sərhədində, Xatırka kəndi yaxınlığında baş verib.

Ayının hücumuna məruz qalan iki kişi Anastasiya Körfəzi ərazisindən hava təcili yardım vasitəsilə Tiliçiki kəndindəki rayon xəstəxanasına aparılıb.

Hazırda yaralı ovçular xəstəxanada müalicə olunur. Həkimlərin qiymətləndirməsinə görə, onların müalicə üçün Petropavlovsk-Kamçatskiyə aparılmasına ehtiyac yoxdur.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью