Ayı mənimsəyən Trampa BMT dən CAVAB

09.09.2026

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-dən ABŞ Prezidenti Donald Trampın "Ay ABŞ-nindir" bəyanatına cavab verilib. 

Bakıvaxtı.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Düjarrik təşkilatın kosmosun dinc məqsədlərlə istifadəsinə sadiq olduğunu bildirib:

"Biz kosmosun dinc məqsədlərlə istifadəsinə inanırıq və deyəcəyim budur".

ABŞ da daxil olmaqla 100-dən çox dövlətin tərəf olduğu 1967-ci il Kosmos Müqaviləsi Ayın və digər səma cisimlərinin suverenlik, istifadə və ya işğal iddiaları ilə milli mənimsənilməsini qadağan edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью